Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri Türkiyədə keçirilən tədbirdə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri Türkiyədə keçirilən tədbirdə iştirak ediblər

Türkiyənin Altınbaş Universitetində "Azərbaycan Günü" adlı tədbir keçirilib. Altınbaş Universitetinin rəhbərliyinin, professor-müəllim heyətinin, tələbələrinin və Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun iştirakı ilə keçirilən tədbirdə Akademiyanın hal-hazırda mübadilə proqramı ilə həmin universitetdə təhsil alan tələbələri də iştirak ediblər.

Tədbirdə Universitetin rektoru Çağrı Erhan, Azərbaycan Respublikasının  İstanbul şəhərindəki  Baş Konsulluğunun konsulu Zaur Allahverdi-zadə və digər çıxış edənlər Azərbaycan Türkiyə qardaşlığından, bu iki dövləti birləşdirən mənəvi dəyərlər haqqında iştirakçılara bəhs ediblər. Daha sonra tədbirdə Akademiyanın tələbələri ölkəmizin tarixi, mədəniyyəti, turizmi və Azərbaycanın əbədi torpağı olan Dağlıq Qarabağımızın işğaldan azad olunması, Şanlı Zəfər yolumuz haqqında ətraflı çıxışlar səsləndiriblər. Bədii hissə ilə davam edən tədbirdə həmçinin ölkəmizin milli musiqi və  rəqs nümunələri təqdim olunub.

Sonda tədbir iştirakçılarına Azərbaycan mətbəxindən müxtəlif təamlar təqdim edilib.